Bu gün Misli Premyer Liqasında XXXVI turun oyunlarına start verilir.Sport1.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutur.
"Səbail" doğma meydanda "Sumqayıt"ı qəbul edir. 22 xalla sonuncu - onuncu pillədə qərarlaşan Bakı klubunun I Liqaya düşəcəyi dəqiqləşib. "Gənclik şəhəri" təmsilçisi 30 xalla doqquzuncudur.
Misli Premyer Liqası
XXXVI tur
23 may (cümə)
19:30. "Səbail" 1 – 4 "Sumqayıt"
Qol: Suleyman Allaş 21’
Sərtan Taşkın 29’, Giorgi Karaişvili 59’ (pen), Ronaldo Vasgez 79’, Ro Kehat 90’+1
Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
"ASCO Arena"
Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.
Sport1.az