Azərbaycanın cüdo yığması apreldə Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək kadetlər arasında Avropa kubokunda çıxış edəcək.
Sport1.az xəbər verir ki, komandanın heyətində 35 idmançı yer alıb: 16 oğlan və 19 qız.
Onlar ümumilikdə 16 çəki dərəcəsində mübarizə aparacaqlar. Gürcüstan daha çox - 118 cüdoçu ilə təmsil olunacaq.
Avropa kubokda ümumilikdə 15 ölkənin komandası iştirak edəcək
Sport1.az