"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Sport1.az xəbər verir ki, Burkina-Fasodan olan Adama Fofana Gəncə təmsilçisi ilə iki illik müqavilə imzalayıb. 25 yaşlı oyunçu sol cinah müdafiəçisi mövqeyində oynayır.
Adama son olaraq ötən mövsüm Türkiyədə “Adanaspor”un formasını geyinib. Daha əvvəl isə "Varberq" (İsveç) və "Dijon" (Fransa) klublarında çıxış edib.
Forfana Burkina-Faso millisində iki oyun keçirib.
Sport1.az