Adı "Neftçi" ilə hallanan məşhur futbolçu Duqlas Kosta gələcək taleyi barədə qərar verib.
Sport1.az xəbər verir ki, 34 yaşlı vinger sosial şəbəkə hesabında Avstraliyanın “Sidney” klubunda qalacağını bildirib.
Qeyd edək ki, D. Kosta karyerası ərzində "Yuventus" və "Bavariya" kimi məşhur komandalarda çıxış edib. O, Braziliya millisinin heyətində 31 oyunda 3 qolla yadda qalıb.
Sport1.az