"Araz-Naxçıvan" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyununda "Alanyaspor"la 0:0 hesablı heç-heçə edib.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
"Hazırlığımız plan üzrə gedir. Bugünkü matçdakı rəqibimiz Türkiyə Super Liqası komandasıydı. "Alanyaspor"la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik. Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik. Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə səhvlər, çatışmazlıqlar olur. Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmaq istəyirik. Uşaqlar çox istəklidirlər. Bu da sevindirici məqamdır. Ümumi götürdükdə, komandanın performansından razı qaldım".
Sport1.az