Əlcəzairli futbolçu Yassin Benzya yay transfer dönəmindən "Qarabağ"dan ayrıla bilər.Sport1.az xəbər verir ki, bu barədə "Africasoccer.com" məlumat yayıb.
Yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var ki, bu da ona daha sərfəli müqavilə vəd edir. Həmçinin milli komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə millidəki mövqeyini möhkəmləndirəcəyi də qeyd edilir.
Qeyd edək ki, Benziyanın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. Daha əvvəl futbolçunun özü bəyan etmişdi ki, tərəflər əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar aparırlar.
Sport1.az