FIFA millilərin yeni reytinq siyahısını dərc edib.Sport1.az xəbər verir ki,, Azərbaycan yığması milli komandası ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 1160,64 xalla 119-cu sıraya enib.
FIFA-nın reytinq cədvəlinə Argentina başçılıq edir.
Qeyd edək ki, Azərbaycan yığması martda iki yoxlama oyunu keçirib. Milli Haitiyə 0:3, Belarusa isə 0:2 hesabı ilə məğlub olub.
Sport1.az