Bu gün futbol üzrə II Liqada 24-cü tura yekun vurulub..
Sport1.az xəbər verir ki, "Araz Saatlı" "Lerik"i, "Şimal" "Sheki City"ni, "Kür-Araz" "Hypers Guba"nı, "Dinamo" isə "Göygöl"ü qəbul edib.
Dörd qarşılaşmanın hər biri saat 17:00-da start götürüb. Turun əvvəlki matçlarında "Şəmkir" "Füzuli"ni (3:0), "Ağdaş" "Qusar"ı (2:1) məğlub edib. "Şəfa" - "Şahdağ Qusar" oyununda qalib müəyyənləşməyib - 0:0.
I Liqa, 24-cü tur
7 may (çərşənbə)
17:00. “Araz Saatlı” 0 - 1 “Lerik”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Saatlı OİK stadionu
17:00. “Şimal” 3 – 0 “Sheki City”
Hakimlər: Sənan Bayramzadə, Samir Qaracayev, Mirnihad Seyidov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Siyəzən şəhər stadionu
17:00. “Kür-Araz” 1 – 2 “Hypers Guba”
Hakimlər: İslam Məmmədov, Anar Bədəlov, Aydın Bəxşiyev, Rasim Musayev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Heydər Əliyev adına İmişli şəhər stadionu
17:00. “Dinamo” 0 – 1 “Göygöl”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Niyaz Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu
Sport1.az