“Sabah” futbolçu Vinsent Till ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandamızın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.
Sport1.az