Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik futbolu üzrə Ulduzlar Liqası turnirinin mətbuat konfransı baş tutacaq.
Sport1.az xəbər verir ki, turnirin təqdimat mərasimi 25 iyun saat 14:00-da "AF City Hotel"in konfrans zalında keçiriləcək.
İlk oyun iyunun 26-sı saat 19:00-da "Aquatic Palace"də "Mahal" və "Platinum" komandaları arasında keçiriləcək. Növbəti qarşılaşmalar iyunun 28-i, final görüşü isə iyulun 2-də baş tutacaq.
Qeyd edək ki, Ulduzlar Liqası turnirində veteran futbolçular, idman jurnalistləri, incəsənət dünyasının nümayəndələrindən (aktyor, aparıcı, DJ, blogerlər) ibarət komandalar mübarizə aparacaq.
Sport1.az