İyulun 5-i Şəki şəhərində "Şəki Siti"nin Biznes klub üzvlərinin növbəti görüşü keçirilib.
Sport1.az xəbər verir ki, toplantı zamanı klubun hesabatı dinlənilib. Növbəti mövsümlə bağlı büdcə proqnozu və xərclərinə baxılıb. Həmçinin, görüşdə Biznes klub üzvlərdən ibarət İdarə Heyəti yaradılmasına qərar verilib. Səsvermə yolu ilə ilk il üçün sədr olaraq millət vəkili Vuqar Iskenderov seçilib.
Görüşün davamında klubun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı planlar və təkliflər müzakirə olunub.
Sport1.az