Bu gün sonuncu turun növbəti oyunları ilə futbol üzrə Azərbaycan II Liqasında mövsümə yekun vurulub.Sport1.az xəbər verir ki, XXVI turda səfərdə "Dinamo" ilə qolsuz heç-heçə edən "Şahdağ Qusar" xallarının sayını 72-yə çatdıraraq yarışın qalibi olub.
Səfərdə "Qusar"a 9:0 hesabı ilə qalib gələn "Şəfa" mövsümü 71 xalla ikinci sırada başa vurub.
58 xala malik "Şimal" isə üçüncü pillədə qərarlaşıb.
Hər üç komanda gələn mövsüm Azərbaycan I Liqasına vəsiqə qazanıb.
Dördüncü yeri tutan "Hypers Quba" isə I Liqanın 9-cusu "Difai" ilə keçid pley-off matçında üz-üzə gələcək.
Qeyd edək ki, mükafatlandırma mərasimi mayın 22-də keçiriləcək.
Sport1.az