Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Sport1.az xəbər verir ki, bu gün Qəbələdə daha bir futbol matçı baş tutub. 3-cü yer uğunda qarşılaşmada Belarus və Tacikistan milliləri üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüşdə avropalılar 2:0 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə Belarus MDB Oyunlarının bürünc mükafatına sahib çıxb.
Qeyd edək ki, final matçı sabah Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək.
Sport1.az