"Oyuna yaxşı nəzarət etdik".Sport1.az xəbər verir ki, bunu Belarus millisinin baş məşqçisi Karlos Allos Azərbaycan yığması ilə yoxlama görüşündən sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyuna nəzarəti əllərində saxladıqlarını bildirib:
"Biz yaxşı oyun oynadıq. Razı qaldım. İlk hissədə qol vurmaq üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Qapımızda da epizodlar oldu. Ümumilikdə oyunda diqtə edən tərəf idik. Qalibiyyətə görə şadıq. Növbəti oyunlara hazırlaşacağıq".Qeyd edək ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutan Azərbaycan – Belarus matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sport1.az