Region Liqasında mübarizə aparan "Xankəndi" yeni transferini rəsmiləşdirib.Sport1.az xəbər verir ki, bölgə təmsilçisi "Sumqayıt"ın yetirməsini heyətinə cəlb edib.
27 yaşlı qapıçı Məhərrəm Məmmədli bundan sonra “Xankəndi” klubunun formasını geyinəcək.
Qeyd edək ki, o, "Hipers" və "Füzuli" klublarının da şərəfini qoruyub.
Sport1.az