"Turan Tovuz"un Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.[/b]
[b]Sport1.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Türkiyə I Liqa təmsilçisi "Çorum"la qarşılaşacaq.
Görüş iyulun 19-da təşkil olunacaq.
Qeyd edək ki, "Turan Tovuz" iyulun 29-da Cənubi Azərbaycanın "Traktor" komandası ilə üz-üzə gələcək.
Sport1.az