19 yaşadək futbolçular arasında keçirilən Avropa Çempionatının qalibi bəlli olub.Sport1.az xəbər verir ki, Rumıniyada keçirilən turnirin finalında İspaniya və Niderland komandaları üz-üzə gəliblər.
Görüşün taleyini bir qol həll edib. İspaniyalı Raul Ximenesin avtoqolu "narıncılar"a 1:0 hesablı qələbə qazandırıb. Niderland yığması tarixində ilk də U-19 Avropa Çempionatının baş mükafatına sahib olub. 55 il sonra finala çıxan komanda titulu qazanmağı bacarıb.
Son çempion İspaniya isə 5-ci dəfə final məğlubiyyəti yaşayıb. Hesabında 12 çempionluq olan "Qırmızı furiya" bu göstəricidə lider mövqeyində qərarlaşıb.
Sport1.az