İtaliyanın “İnter” komandasının qapıçısı Filip Stankoviç “Venesiya”ya keçib.Sport1.az xəbər verir ki, bu barədə B Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
23 yaşlı qolkiperin yeni komandası ilə müqaviləsi 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, serbiyalı qapıçı ötən mövsüm “Venesiya”da icarə əsasında çıxış edib.
Sport1.az