Bu gün III MDB Oyunlarında voleybol yarışlarına start verilib.Sport1.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan voleybol yarışında ilk olaraq 15 yaşadək qızlardan ibarət komandalar meydana çıxıblar. Turnirin ilk qarşılaşması B qrupunda yer alan Belarus və Qırğızıstan milliləri arasında olub. Görüş Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün ikinci matçında isə A qrupunda yer alan Azərbaycan yığması Tacikistan komandası ilə üz-üzə gəlib. Oyun qızlarımızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 3-də Özbəkistan yığmasına qarşı keçirəcək.
Sport1.az