Filippinin paytaxtı Manilada kişi voleybolçular arasında Dünya Çempionatı başa çatıb.Sport1.azxəbər verir ki, final matçında İtaliya ilə Bolqarıstan milliləri üz-üzə gəlib.
3:1 hesabı ilə qalib gələn italyanlar ardıcıl 2-ci, tarixində isə 5-ci dəfə Dünya çempionu olub.
Bununla yanaşı, 65 ildən sonra ilk dəfə bir ölkənin həm kişilərdən, həm də qadınlardan ibarət voleybol komandası mundialın qalibi adını qazanıb. Sentybarın 7-də İtaliyanın qadınlardan ibarət komandası finalda Türkiyə millisini məğlub edərək Dünya çempionu olmuşdu.
Sport1.az