Qadın voleybolçulardan ibarət "Gəncə" komandasında ayrılıq yaşanıb.
Sport1.az-ın əldə etdiyi məlumata görə, şəhərin eyniadlı kollektivi Anastasiya Atepalina ilə vidalaşıb.
Rusiyalı voleybolçu ilə başa çatan müqavilə uzadılmayıb.
30 yaşlı oyunçu karyerasını Albaniya klublarının birində davam etdirəcək.
Sport1.az