Latviyanın Cesis şəhərində çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında EEVZA çempionatına start verilib.
Sport1.az xəbər verir ki, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmalarının mübarizə apardığı çempionatda ölkəmiz iki qız və bir oğlan komandası ilə təmsil olunur.
Oğlanların yarışında komandamız (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə təmsilçilərimiz Litva komandası ilə qarşılaşacaq.
Qızlarımız isə qrup mərhələsində mübarizəni dayandırıblar.
Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.
Sport1.az