İyunun 27-29-da İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya kuboku keçiriləcək.Sport1.az xəbər verir ki, mötəbər yarışda 44 ölkədən 500-dən artıq idmançı iştirak edəcək.
Azərbaycanı Dünya kubokunda 6 avarçəkən təmsil edəcək. Bəhmən Nəsiri, Ziya Məmmədzadə, Murad Sadıxov, Fyodor Tixanov, Nikita Eskin və Lev Dobriantsev medalçılar sırasına düşməyə çalışacaq.
Sport1.az