Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Sport1.az xəbər verir ki, Şəkidə Türkiyənin Çövkən Federasiyasının prezidenti Fatih Köşe jurnalistlərə açıqlama verdi.
Qurum rəsmisi ölkələrində bu idman növünü yeni inkişaf etdirdiklərini söylədi:
"Çövkən qədim Türk oyunudur. Tarixi kökləri var. Ortaq mədəni mirasdır və Azərbaycanda daim oynanılıb. Biz də Türkiyədə iki il əvvəl inkişaf etdirməyə başlamışıq. Azərbaycanla birlikdə inkişaf etməyə çalışırıq. III MDB Oyunlarına qatılmaq olduqca xoşdur. Bu həm də ölkələr arasında mədəni və diplomatik ünsürdür".O, Azərbaycanlı azarkeşlərin dəstəyini müsbət qiymətləndirdi:
"Azərbaycan bu yarışa çox gözəl ev sahibliyi edir. Azərbaycanlı azarkeşlər bizi öz evimizdə hiss etdirirlər. Hər birinə təşəkkür edirik. Zövqlü oyunlarla hər birini sevindirmək istəyirik".Qeyd edək ki, çövkən oyunlarına oktyabrın 7-də yekun vurulacaq.
Sport1.az