Azərbaycan stolüstü tennisçiləri Şəbnəm Mansurova və Uğur Nəzərli Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Şimali Makedoniyanın Skopye şəhərinə yola düşüblər.
Sport1.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək idmançılar seçmə komandanın heyətində yer alırlar. Onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi ilə festivalda bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, stolüstü tennis yarışları 22–26 iyul tarixlərində Skopyedə keçiriləcək. Azərbaycan bu mötəbər idman tədbirində ümumilikdə 10 idman növü üzrə 52 idmançı ilə təmsil olunacaq.
Sport1.az