"Qolden Steyt Uorriorz"un basketbolçusu Stefan Karri Lebron Ceymsi arxada qoyub.
Sport1.az xəbər verir ki, o, "Los-Anceles Leykers"də çıxış edən həmkarını bir oyunda 50 və daha çox xal toplama statistikasında qabaqlayıb.
Stefan "Memfis Qrizzliz"lə qarşılaşmada 52 xal toplayıb. Bu onun karyerasında 15-ci belə matç olub. Nəticədə Karri bu göstəricidə Lebronu arxada qoyub.
Sport1.az