Bu gün Misli Premyer Liqasında XXIX tura start verilib.Sport1.az xəbər verir ki, “Səbail” “Turan Tovuz”u qəbul edib.
Matçdan sonra qonaqların futbolçusu Veysəl Rzayevlə komandanın azarkeşləri arasında dava düşüb.
Azarkeşlər oyunçulara “Niyə “Qarabağ”la oynadığınız kimi oynamırsız?” sualını ünvanlayıblar. Yarımmüdafiəçi bu sözdən sonra fanatların üzərinə hücum çəkib.
Mühafizəçilərin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.
[media=https://youtube.com/shorts/pTJKg5SUSK0?si=FSHpdDA1SE9bubuk]
Sport1.az