son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

Kurban Berdiyev: "Hamını eyni anda meydana buraxmaq olmur"

Bölmə adı ---
Yayımlandı 5-04-2025, 19:22

"Yaxşı başa düşürük ki, bu gün iki xal itirdik. İlk hissədə ehtiyatlı idik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Amma bir qol çatışmadı".

Sport1.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 29-cu turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- "Turan Tovuz" son 5 oyuna cəmi 2 xal toplayıb. Avrokuboklara yollanmaq nə dərəcədə realdır?

- Bu barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq.

- Oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında insident oldu. Bu haqda məlumatlısız?

- Xeyr, məlumatımız yoxdur.

- Tural Bayramlını ümumiyyətlə siyahıdan çıxarmısız? Ona güvəniniz yoxdur?

- Xeyr, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur.

- Anton Kraçkovski hansı məqsədlə gətirilib komandaya? Bu gün də oynamadı...

- Xəstə idi. Amma xəstələnməsəydi, onun haqda da düşünürdük.

- Bundan əvvəlki oyunlarda da onu meydanda görmürük. Səbəbi var?

- Bu, elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir.

- Qışda gətirilən futbolçular ya oynamır, ya da özlərini yaxşı göstərmir. Məsuliyyəti kimin üzərinə atmaq olar?

- Deməzdim ki, uğursuz transferlərdir. Hurtado və Jo sintetik meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR