Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa Çempionatı davam edir.
Sport1.az xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli finala yüksəlib. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ermənistanlı Manvel Xaçatryana 5:1 hesabı ilə qalib gəlib.
Təcrübəli güləşçi 4-cü dəfə qitə birinciliyində finala vəsiqə qazanıb.
Sport1.az