"Aris"in futbolçusu Fredrik Yensen UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsində keçiriləcək "Araz-Naxçıvan"la matçdan danışıb.
Sport1.az xəbər verir ki, o, oyundan öncə keçirilən mətbuat konfransında deyib: "Dünən bizim üçün çətin gün oldu. Bu gün son məşqimizi edəcəyik. Sabah bizi maraqlı oyun gözləyir. Səbirsizliklə həmin matçı gözləyirik".
Yarımmüdafiəçi bildirib ki, sabahkı görüşdən gözləntiləri qələbədir: "Bu, ən vacib məqamdır. Bizi çətin oyun gözləyir. Komanda olaraq bu matça hazırıq. Sabah buradan müsbət nəticə ilə ayrılmaq istəyirik".
F.Yensen yayda keçirdikləri təlim-məşq toplanışından da söz açıb: "Hazırlıq prosesini yaxşı dəyərləndirirəm. Heyətdə yeni futbolçularımız da var. Sabahkı oyunda savaşmalıyıq, bir-birimizə kömək etməliyik".
Sport1.az