Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Ferentsvaroş"u məğlub etdi - 3:1.Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransına meydan sahibi komandanın baş məşqçisi Robbi Kin qatıldı.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Qarabağ" cütün taleyinin həll olunduğunu düşünür. Bu, bizim üçün xüsusi motivasiya olacaq. Bakıdakı qarşılaşmada daha yaxşı oynamağa məcburuq. Futbolda hər şey mümkün olduğunu nəzərə alsaq, çətin vəzifənin öhdəsindən gələ biləcəyimizə inanıram."
Sport1.az