Çempionlar Liqası / Manşet
17:27
23.07.2025
113
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında yeni mövsümdə ilk oyununa çıxacaq. Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiyada “Şelburn” klubunun qonağı olacaq.Matç öncəsi
Sport1.az-a danışan futbol mütəxəssisi Cavid Hüseynov “Qarabağ”ın hücum xətti ilə bağlı fikirlərini bölüşdü. O, Musa Qurbanlı, Nəriman Axundzadə və Emmanuel Addainin bacarıqlı futbolçular olduğunu bildirsə də, bu heyətin hələlik turnirdə uğur üçün tam yetərli olmadığını dedi:
“Qarabağ" böyük klubdur və həm Premyer Liqada, həm də avrokuboklarda eyni intensivliklə mübarizə aparır. Bu isə iki bərabər səviyyəli heyətə sahib olmağı tələb edir. Klub bu yöndə çalışır, hər oyuna qələbə üçün çıxır. Amma hesab edirəm ki, hücum xəttinin gücləndirilməsinə ehtiyac var”.Cavid Hüseynovun fikrincə, bu, hazırkı hücumçuların zəif olması anlamına gəlmir. Sadəcə, daha yüksək hədəflər – xüsusən də Çempionlar Liqasında uğur üçün hücumda alternativlərin artması vacibdir:
“Əminəm ki, klub rəhbərliyi də bu məsələnin fərqindədir və transfer işlərini bu istiqamətdə sürətləndirəcək. "Qarabağ" daim inkişaf edən komandadır və hücum xəttinə yeni bir nəfəs gələcək”.NİHAT KƏRİMLİ
Sport1.az