UEFA Avropa Liqasının 1/4 final mərhələsinin “Mançester Yunayted” - “Lion” oyununda rekord qeydə alınıb.
Sport1.az xəbər verir ki, Avrokuboklar tarixində ilk dəfə qalibi müəyyən etmək üçün təyin olunan əlavə vaxtda qapılara 5 top vurulub.
“Mançester Yunayted” Avrokuboklarda 120-ci dəqiqədən sonra 2 qol vuran ilk komanda kimi də tarixə düşüb.
Qeyd edək ki, İngiltərə komandası 2:4 geridə olduğu matçda 114, 120 və 120+1-ci dəqiqələrdə vurduğu qollarla “Lion”u 5:4 hesabı ilə (ilk oyun 2:2) məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
Sport1.az