“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Napoli” futbolçusu Matiya Popoviçi satıb.
Sport1.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ÇSKA-ya keçib. Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. Serbiyalı futbolçu Moskva təmsilçisi ilə 3 illik müqavilə imzalanıb.
“Qarabağ” “Napoli” ilə Çempionlar Liqasının Liqa mərhələsində V turda İtaliayda üz-üzə gələcək. Matç noyabrda baş tutacaq.
Sport1.az