İtaliyanın əfsanəvi qapıçısı Canluici Buffonun oğlu, 17 yaşlı Lui Tomas Buffon A Seriyasında ilk oyununa çıxıb.
Sport1.az xəbər verir ki, gənc qolkiper İtaliya çempionatının 6-cı turunda "Piza"nın "Bolonya"ya 0:4 hesabı ilə uduzduğu matçda 77-ci dəqiqədə əvəzedici kimi meydana daxil olub. Bu, atasının A Seriyasında debütündən düz 30 il sonra baş verib.
Lui Tomas Buffon oyuna 4:0 hesabı ilə rəqibin xeyrinə daxil olsa da, qapısında top görməyib və təmiz oyunla yadda qalıb.
Qeyd edək ki, 17 yaşlı Buffon artıq Çexiya gənclər millisinin heyətində üç qarşılaşmada iştirak edib. O, həm Çexiyanı, həm də İtaliyanı beynəlxalq səviyyədə təmsil etmək hüququna malikdir.
Sport1.az