İtaliya millisinin 35 yaşlı sabiq hücumçusu Çiro İmmobile karyerasını "Bolonya"da davam etdirəcək.
Sport1.az xəbər verir ki, bu barədə İtaliya klubu sosial şəbəkə hesabında məlumat yayıb.
Məşhur futbolçu ötən mövsümü Türkiyənin "Beşiktaş" klubunda keçirib. O, Türkiyə Superliqasında meydana çıxdığı 30 matçda 15 qol vurub və 4 məhsuldar ötürmə edib.
İmmobilenin azad agent kimi İstanbul klubundan ayrılaraq “Bolonya” ilə 1 mövsümlük müqavilə imzaladığı bildirilir.
Qeyd edək ki, hücumçunun karyerasında sonuncu İtaliya klubu “Latsio” olub.
Sport1.az