İspaniyanın "Atletiko" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Madrid klubu "Vilyarreal"da çıxış edən Aleks Baenanın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Atletiko" ispan vinger üçün onun klubuna 45+5 milyon avro təzminat ödəyəcək. 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə qol çəkəcək.
Sport1.az