“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada 250-ci qələbəsini qeyd edib.
Sport1.az xəbər verir ki, bu uğur “şəhərlilər”in 7-ci turda “Brentford”u 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra rəsmiləşib. Qvardiola bildirib:
“Ser Aleks Ferqyusson və Arsen Vengerlə eyni sırada olmaq böyük şərəfdir. Onları gözəl şam yeməyinə dəvət edəcəm — bəlkə Mançesterdə, bəlkə də günəşli yerdə. Bu nailiyyət klubun, futbolçuların və heyətin birgə əməyinin nəticəsidir.”
Qeyd edək ki, Qvardiola 250 qələbəyə Premyer Liqada cəmi 349 oyuna nail olaraq rekord qırıb. Əvvəlki rekord “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusona (404 oyun) məxsus idi.
Sport1.az