Danimarkanın “Brondbü” klubunda baş məşqçi təyinatı reallaşıb.
Sport1.az xəbər verir ki, komandanın sükanı Stiv Kuperə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Kuper daha əvvəl İngiltərədə “Lester”, “Nottingem Forest”, “Suonsi” kimi klubları çalışdırıb.
“Brondbü” Danimarka çempionatında 7 turdan sonra 12 xalla 4-cü sıradadır.
Sport1.az