"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi "Kopenhagen" yeni transferini açıqlayıb.
Sport1.az xəbər verir ki, bu barədə Danimarka klubunun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Mads Emil Madseni heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi Danimarkanın digər klubu "Orhus"dan transfer olunub.
Danimarkalı futbolçu bu mövsüm "Ortus"da 7 oyuna çıxıb və 1 qol ötürməsi edib.
Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də keçiriləcək.
Sport1.az