“Şamaxı” daha bir futbolçu ilə müqaviləni yeniləyib.Sport1.az xəbər verir ki, klubun mətbuat xidmətində bu barədə məlumat verilib.
28 yaşlı qapıçı Abdulla Seydəhmədovla mövsümün sonunda bitən müqavilə daha bir il artırılıb.
Qeyd edək ki, qolkiper 2023-cü ilin yayından "Şamaxı"nın şərəfini qoruyur.
Sport1.az