"Çelsi" "Barselona"nın müdafiəçisi Ronald Arauxo ilə maraqlanır.Sport1.az xəbər verir ki, London klubu qarşıdakı yayda 26 yaşlı futbolçunu heyətinə qatmağa cəhd edə bilər.
Məlumatı "Football Insider" nəşri yayıb. “Mavilərin” uruqvaylı futbolçu üçün qışda təklif göndərməsi gözlənilmir. Mənbə yazır ki, “Barselona”nın maliyyə vəziyyəti klubun Arauxonu satmaq qərarına təsir göstərə bilər, lakin bu, 2026-cı ilin yayına qədər olan dövrdə “blauqrana”nın iqtisadi durumundan asılı olacaq.
Bu mövsüm Arauxo bütün turnirlərdə 7 matçda iştirak edib, 1 qol vurub. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Sport1.az