DÇ-2026-nın seçmə mərhələsində millimiz Ukraynaya uduzdu - 1:2.
Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra yığmamızım baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüşlə bağlı bunları söylədi:
"Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Dünən qayğılı olduq. Amma futbolçular xarakter göstərdi. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadə həmin epizodu dəyərləndirsəydi, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".
Sport1.az