"Yuventus"un müdafiəçisi Bremerin sol dizindəki menisküsü cırılıb. Sport1.az xəbər verir ki, braziliyalı əməliyyat olunacaq.
Futbolçu bu səhər Lionda tibbi baxış keçib və həkimlər ona sol dizin medial menisküsünün cırılması diaqnozunu qoyublar. Yaxın saatlarda Bremer selektiv artroskopik meniskektomiya əməliyyatı keçirəcək.
28 yaşlı futbolçu bu mövsüm “Yuventus”un heyətində 5 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Bremer 2024-cü ilin oktyabrında çarpaz bağ yırtığı səbəbindən 2025-ci ilin iyununa qədər yaşıl meydanlardan uzaq qalmışdı. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər davam edir.
Sport1.az