Bu gün U-17 millimiz növbəti qarşılaşmasını keçirəcək.Sport1.az xəbər verir ki, Avropa Çempionatının seçmə mərhələsində 9-cu qrupda yer alan yığmamız Ruminiyalı həmyaşıdları ilə qarşılaşacaq.
Fransanın Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, qarşılaşmanı Xorvatiya və Fransadan olan hakimlər briqadası idarə edəcək.
14 oktyabr
17:00 Azərbaycan (U-17) – Rumıniya (U-17)
Fransa. Kapbreton. Bourret stadionu. 17:00
Sport1.az