“Panatinaikos”un baş məşqçisi Ergin Ataman komandasının Yunanıstan çempionatında “Olimpiakos”a məğlub olmasından sonra hakimlikdən narazılığını bildirib.Sport1.az xəbər verir ki, türkiyəli mütəxəssis şəxsi sosial şəbəkə hesabında bunları yazıb:
"Birinci insident Kostas Sloukasın xeyrinə deyil, daha çox ona qarşı edilən kobudluq idi. İkincisi, Saşa Vezenkovun T.J. Shortsu itələməsi idi. Biz basketbol meydançasında yeni idman növünün – yunan-Roma güləşinin ixtirasının da şahidi olduq. Tarixdə ilk dəfədir."Qarşılaşma “Olimpiakos”un 90:86 hesablı qələbəsi ilə başa çatıb. Qalan 35 saniyədə Frank Ntilikina qalib gələn zərbəni vurub.
Sport1.az