"Beşiktaş" qış "transfer pəncərəsi"ndə heyətinə yeni vinger qatmaq istəyir. Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi "Sassuolo"nun hücumçusu Arman Laurienteni qışda satınalma maddəsi ilə icarəyə götürmək istəyir.
Fransalı futbolçu bu mövsüm A seriyasında 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, Armanın müqaviləsi 2027-ci ildə başa çatır.
Sport1.az