Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir. Sport1.az xəbər verir ki, turun ilk oyunda "Azerreyl" "Gəncə"nin qonağı olacaq.
14:00-da baş tutacaq olan qarşılaşma Gəncə İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, I turun digər görüşləri 15 oktyabrda olacaq.
Sport1.az