Dünya Çempionatı 2026-nın seçmə mərhələsinin E qrupunda Türkiyə Gürcüstanı qəbul edəcək. Sport1.az xəbər verir ki, görüşdən öncə meydan sahiblərinin hücumçusu Kərəm Aktürkoğlu bunları səsləndirib:
"Hər iki milli də bu görüşün nə qədər əhəmiyyətli olduğunu bilir. Biz də, gürcüstanlılar da bu oyunu final matçı kimi görürük. Çox vacib və qrupdakı taleyimizə aydınlıq gətirəcək duel olacaq. Qələbə qazansaq, pley-off şansımız artacaq. Motivasiyamız tamdır. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Sport1.az