DÇ-2026-nın seçmə mərhələsində Ukrayna Azərbaycanı məğlub etdi - 2:1.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Xoşbəxtəm ki, bu cür nəticə əldə etdik. Özünüz gördüyünüz kimi ciddi oyun gedirdi. Hər iki komanda qalibiyyət istəyirdi. Amma biz qalib gəldik. Beş oyunçumuz matçda yox idi. Azərbaycanı udmaq bizim üçün çətin oldu. Oyunçuların çoxu yox idi. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq".-
Nəyə görə Ukrayna Azərbaycana qarşı çətinlik çəkir? Həm Bakıda çətinlik çəkdiniz, həm də Polşadakı matçda. Axı Krakoviya stadionunun meydançası daha yaxşı səviyyədə idi. Halbuki Ukrayna mətbuatı iddia edirdi ki, Bakıda qalib gələ bilməməyinizin səbəbi ot örtüyü idi... - Fikirləşmirəm ki, Azərbaycan zəifdir. Belə sözü də heç vaxt deməmişəm. İslandiya ilə oyunda göstərdiyiniz nəticə sizin gücünüz deyildi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdılar. Öz futbolçularımızla söhbət aparmışdıq.
-
İslandiya - Fransa matçında heç-heçə qeydə alındı. Düşünürsüz ki, Ukrayna qrupda birinci yeri tuta bilər?- Beş futbolçumun zədədən qayıtmasını gözləyirəm. Ukrayna millisi həmişə qələbəyə köklənir və qələbə qazanır. Gözləyirik ki, zədəlilərimiz qayıtdıqdan sonra daha da gözəl nəticələr qazanacağıq.
-
Son iki matçda qalib gəldiniz. Özünüzü necə hiss edirsiniz?- Jurnalistlərdən xoş şərhlər eşitmək xoşuma gəlir. Ona görə sizi sevindirməyə çalışacağıq.
Sport1.az